Təklif Aralığı

şirkət qiymətli kağızı hansı qiymətə satacağını gözlədiyi qiymət aralığı.
Təklif Amili
Təklif Əyrisi
OBASTAN VİKİ
Aralığı
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Təklif
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir. İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir. Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan: Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
Dirək aralığı
Dirək aralığı — üfüqi bir daşıyıcı quruluş elementi olan dirəklərin dayaq nöqtələri arasındakı hissənin uzunluğudur. Memarlıq və inşaat mühəndisliyindəki körpülər, tağlar və damlar kimi inşaat hissələri ilə bu hissələri daşıyan sütunlar və dayaqlar arasında fərqli bir dayaq olmadan əlavə edilmiş dirəklər arasındakı məsafədir.
Hərf aralığı
Hərf aralığı (en. letter-spacing (= tracking)) – hərflər (simvollar) arasındakı boşluqların dəyişdirilməsi. Müəyyən hərf cütlükləri (AV, TA və s.) arasındakı məsafəni tənzimləyən kerninqdən fərqli olaraq, hərf aralığı simvollar qrupuna (sözə, sətrə, abzasa) tətbiq olunur. Hərf aralığının artırılması yazını daha seyrək və açıq, azaldılması isə daha sıx və tünd edir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kassini aralığı
Kassini aralığı — Saturn planetini xarici halqaları arasındakı aralıq. Onun eni təxminən 5000 km-dir. İtalyan və fransız astronomu Jan-Dominik Kassini ( it. Gian Domenic Cassini, fr. Jean-Dominique Cassini; 1625—1712) tərəfindən 1675-ci ildə kəşf edilmişdir. Stanislav Lemin "Araşdırma" adlı hekayəsində Kassini aralığına tədqiqat məqsədli zondların buraxılması insanlarla robotların birgə ekspedisiyasının əsas məqsədidir. Robotlardan biri qəza törədir və göyərtədəki insanları məhv etmək üçün gəmini Kassini aralığına yönəldir.
Məcmu təklif
Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır: Resurs qiymətləri; Texnalogiya; Gözləntilər. İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır. Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə mənmu təklifi artırmasına səbəb olur.
Təklif iqtisadiyyatı
Təchizata əsaslanan iqtisadiyyat, və ya təklif iqtisadiyyatı (ing. supply-side economics) — makroiqtisadi nəzəriyyə, buna görə malların və xidmətlərin istehsalında (tədarükü) maneələrin azaldılması, yəni vergilərin azaldılması və dövlət tənzimləməsinin yaratdığı qadağaların qaldırılması yolu ilə iqtisadi böyümənin effektiv şəkildə stimullaşdırıla biləcəyi. Bu vəziyyətdə istehlakçı daha aşağı qiymətə daha çox mal və xidmət alır. Vergilər 100% mənfəətdirsə, istehsal zərərlidir və vergi gəlirləri sıfıra enir, sanki vergi dərəcəsi sıfıra bərabərdir. Maksimum vergi yığımı, vergi səviyyəsinin müəyyən bir ara dəyərində 0 ilə 100% arasında mümkündür. Bu səbəbdən həm vergi nisbətində artım, həm də azalma vergi yığımlarının artmasına səbəb ola bilər və vergi siyasətindəki dəyişikliklərin təsirini proqnozlaşdırmaq üçün hesablamalar aparılmalıdır. Məsələn, 2003-cü ildə ABŞ Konqresinin Büdcə Ofisi vergi yükünün azalacağı gözlənilən zaman vergi gəlirlərinin dəyişməsini proqnozlaşdırmaq üçün araşdırmalar aparmışdır. Hesablama modellərinin əksəriyyətində eyni nəticə əldə edilmişdir: vergilərin o dövrdə mövcud olan səviyyədən endirilməsi vergi yığımlarının artmasına səbəb olmayacaqdır Əslində, tədarük tərəfli iqtisadiyyat termini 1970-ci illərdə ortaya çıxdı və qurucuları məşhur iqtisadçılar Robert Mandell və Artur Laffer hesab olunurlar. Təchizat iqtisadiyyatının inkişafı 1970-ci illərdə ABŞ nəzəriyyəsinə əsaslanan ABŞ və digər Qərb ölkələrindəki iqtisadi siyasətin uğursuzluğuna cavab olaraq başladı. M. Keyns.
Təklif qanunu
Təklif qanunu — digər amillər sabit qalmaq şərti ilə, əmtəənin qiyməti enəndə təklifin həcminin azalması, əksinə qiymət yüksələndə isə təklifin həcminin artmasını əks etdirir.
Təklif şoku
Təklif şoku — məhsul və ya xidmətin və ya ümumiyyətlə mal və xidmətlərin tədarükünü birdən-birə artıran və ya azaldan bir hadisədir. Bu qəfil dəyişiklik bir malın və ya xidmətin tarazlıq qiymətini və ya iqtisadiyyatda ümumi qiymət səviyyəsini təsir edir. Qısamüddətli perspektivdə iqtisadiyyat səviyyəsində mənfi təklif şoku ümumi təklif əyrisini sola doğru dəyişəcək, hasilatı azaldacaq və qiymət səviyyəsini qaldıracaq. Məsələn, neft embarqosu, mənfi təklif şoku yarada bilər, çünki neft geniş çeşidli malların istehsalında əsas amildir. Təklif şoku, bahalaşan qiymətlər və istehsalın azalması ilə əlaqəli stagflyasiyaya səbəb ola bilər. Qısamüddətli perspektivdə iqtisadiyyat miqyasında pozitiv təklif şoku ümumi təklif əyrisini sağa doğru dəyişəcək, istehsalı artıracaq və qiymət səviyyəsini aşağı salacaq . Müsbət tədarük şoku, istehsalın daha səmərəli olmasına və bu səbəblə də istehsalın artmasına səbəb olan texnoloji bir irəliləyiş (texnoloji şoku) ola bilər. Sağdakı diaqram mənfi təklif şokunu göstərir; Başlanğıc mövqe A nöqtəsindədir və P1 qiymət səviyyəsində Y1 çıxış miqdarı istehsal edir. Təklif şoku olduqda, bu ümumi təklifə mənfi təsir göstərir: təklif əyrisi sola (AS1-dən AS2-yə) doğru dəyişir, tələb əyrisi isə eyni vəziyyətdə qalır. Tələb və təklif əyrilərinin kəsişməsi indi hərəkət etdi və tarazlıq artıq B nöqtəsidir; kəmiyyət Y2-yə, qiymət səviyyəsi P2-yə qaldırıldı.
Tələb və təklif
Tələb və təklif (ərəb. طلب و تکلیف‎, ing. Demand and supply, rus. Спрос и предложение) —iqtisadiyyatda ən əsas anlayışlardan biridir. Bu model tələb və təklifin qiymətə necə dəyişildiyini və bazarda müvazinətin əmələ gəlməsini göstərir. Mikroiqtisadiyyatda əsasən bir müəyyən məhsul bazarı araşdırılır, makroiqtisadiyyatda isə bütun məhsullar üzrə ümumi tələb və təklif nəzərə alınır. Tələb istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Tələb əyrisi – əmtənin qiyməti ilə ona olan tələbin həcmi arasındakı əlaqəni əks etdirən əyridir. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda (ceteris paribus), qiymətin artımı tələbin düşməsinə səbəb olur.
İlkin İctimai Təklif
İlkin ictimai təklif (ing. dilindən IPO — Initial Public Offering) — özəl şirkətin səhmlərinin açıq cəmiyyətə təklif edilməsi prosesinə deyilir. Bu zaman özəl şirkətin səhmləri institusional və adətən fərdi investorlara satılır. Səhmlərini ictimaiyyətə təklif edən şirkət, bununla kapital toplaya bilir. Bu, cari özəl investorların sahib olduğu şirkət payını asanlıqla satmağa və beləliklə gəlir əldə etməyə imkan yaradır. İlk müasir IPO, 1602-ci ilin mart ayında Hollandiyanın Ost-Hind şirkəti, kapitalın artırılması üçün səhmlərini cəmiyyətə təqdim etməsi ilə baş vermişdir. Ost-Hind şirkəti geniş ictimaiyyətə istiqrazlar və səhmlər buraxan ilk şirkət oldu. Beləliklə Ost-Hind, rəsmi birjada indiyədək siyahıya alınan ən birinci şirkətdir. ABŞ-də ən birinci ilkin ictimai təklif keçirdən şirkət, 1783-cü il tarixində Bank of North America olub. IPO bir neçə məqsəd daşıya bilər və bunların əhəmiyyəti hər hansı bir konkret haldan asılı olaraq dəyişir: Şirkətə kapital cəlb etmək: IPO keçirtməklə, şirkət daha geniş investor qrupuna çıxış əldə edir.
Ən yaxşı təklif
Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır. Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir.
Məcmu tələb-məcmu təklif modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Ən yaxşı təklif (film, 2013)
Ən yaxşı təklif (it. La migliore offerta, ing. The Best Offer) — 2013-cü il İtaliya istehsalı olan psixoloji triller filmi. Cüzeppe Tornatorenin rejissorluğu və ssenarisi ilə çəkilib. Filmin musiqisi Ennio Morrikone tərəfindən bəstələnib. Film incəsənət üzrə mütəxəssis Vircil Oldman haqqındadır. Film məşhur xərrac evinin yaşlı, zəngin və hörmətli, həm də soyuq təbiətli müdiri Vircil Oldmanın həyatında baş verən hadisələrdən bəhs edir. Oldman sirli gənc varis Klar İbbetson tərəfindən valideynlərindən miras qalmış geniş antik sənət kolleksiyasını açıq xərracda satmaq üçün işə alınır. Klar hər dəfə şəxsən görüşməyi rədd edir, şiddətli aqrofobiadan əziyyət çəkir və otağından heç vaxt çıxmır. Klar OKB-dən əziyyət çəksə də, axırda Oldmana inanmağa qərar verir.
Avropa banklararası təklif faiz dərəcəsi
Avropa banklararası təklif faiz dərəcəsi (ing. European Interbank Offered Rate, Euribor) — avro ilə verilən banklararası kreditlər üzrə orta faiz dərəcəsi. Aİ-yə üzv dövlətlərin, eləcə də İslandiya, Norveç, İsveçrə və Maliyyə Bazarları Assosiasiyasının kredit təşkilatlarının maraqlarını təmsil edən Avropa Bank Federasiyasının dəstəyi ilə müəyyən edilir. Məzənnə müxtəlif dövrlər üçün hesablanır — 1 həftədən 12 aya qədər. Məzənnənin hesablanması və dərc edilməsi Reuters tərəfindən hər gün CET saat 11:00-da birinci dərəcəli reytinqə malik bir neçə onlarla bankın təqdim etdiyi məlumatlar əsasında həyata keçirilir. Kotirovka edilmiş bankların siyahısı yüksək reytinq tələblərinə uyğunluq baxımından mütəmadi olaraq nəzərdən keçirilir. Hesablama üçün ən yüksək və ən aşağı kotirovkaların 15%-i atılır, qalanları orta hesablanır və nəticə 3 onluq yerə yuvarlaqlaşdırılır. Euribor, avro ilə ifadə olunan forvard faiz dərəcəsi müqavilələri, qısamüddətli faiz dərəcəsi fyuçers müqavilələri və faiz dərəcəsi svopları üçün LIBOR-un adətən sterlinq və ABŞ dolları ilə ifadə olunan alətlər üçün istifadə edildiyi kimi, istinad dərəcəsi kimi istifadə olunur. Beləliklə, onlar dünyanın ən likvid və aktiv faiz bazarları üçün əsas yaradırlar. Paris PIBOR, Frankfurt FIBOR və Helsinki Helibor kimi daxili istinad tarifləri 1 yanvar 1999-cu ildə EMU-da Euribor ilə birləşdi.
London banklararası təklif faiz dərəcəsi
London banklararası təklif faiz dərəcəsi (LİBOR, ing. London Interbank Offered Rate, LIBOR, ICE LIBOR) — Qlobal maliyyə bazarında qısamüddətli faiz dərəcələri üçün etalon kimi xidmət edən Londonda banklararası bazarda təklif olunan geniş istifadə olunan istinad faiz dərəcəsi. LIBOR əsas beynəlxalq bankların təminatsız kreditlər təklif etdiyi orta dərəcə kimi hesablanır. LIBOR beş ehtiyat valyutası üçün hesablanır: ABŞ dolları, funt sterlinq, avro, İsveçrə frankı və Yapon yeni. Hər bir valyuta üçün indikativ faiz dərəcəsi overnayt dövrləri, bir həftə, bir ay, iki ay, üç ay, yarım il və bir il üçün hesablanır. Beləliklə, Londonda hər iş günü 35 LIBOR dərəcəsi dərc olunur. LIBOR Amerika mübadilə qrupunun Intercontinental Exchange hissəsi olan ICE Benchmark Administration xüsusi indeks şirkəti tərəfindən idarə olunur. 1985–2014-cü illərdə Britaniya Bank Assosiasiyası onun inzibatçısı olmuşdur[⇨]. LIBOR maliyyə aktivlərinin müxtəlif sinifləri üçün faiz dərəcələri üçün etalon kimi xidmət edir. LIBOR kreditlər, qiymətli kağızlar və törəmə alətlər üzrə dəyişən dərəcələrə aiddir.

Digər lüğətlərdə